Paris-2024-də gümüş medal qazanan güləşçi: Mən Ukraynanı təmsil edən Azərbaycan övladıyam
sizinxeber.az xəbər saytı

Paris-2024-də gümüş medal qazanan güləşçi: Mən Ukraynanı təmsil edən Azərbaycan övladıyam


Mən Ukraynanı təmsil edən Azərbaycan övladıyam.

Bunu “Report”un Parisə ezam olunmuş əməkdaşına açıqlamasında Fransa paytaxtında keçirilən Yay Olimpiya Oyunlarının gümüş medalını qazanan yunan-Roma güləşçisi Pərviz Nəsibov deyib.

Əslən azərbaycanlı olan Ukrayna təmsilçisi yarışla bağlı təəssüratlarını bölüşüb:

"Qızıl medal qazanmaq istəyirdim. Lakin qismətdə gümüş medal var imiş. Daha çox çalışmaq lazımdır. Düşünürəm ki, tələskənlik qızıl medal qazanmağıma mane oldu. Mən Ukraynanı təmsil edən Azərbaycan övladıyam. Heç vaxt ölkəmizin adına xələl gətirəcək nəsə etmərəm. Yarımfinal görüşündə qarşılaşdığım Həsrət Cəfərovla meydanda rəqib ola bilərəm. Güləş xalçasından kənarda dostuq".

Qeyd edək ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Pərviz Nəsibov finalda iranlı Səid Esmaili Leyvesə məğlub olaraq gümüş medalla kifayətlənib.

Oxşar xəbərlər

Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb
Paris-2024: Azərbaycan medal sıralamasında 22-ci pillədə qərarlaşıb
Paris-2024: Azərbaycan medal sıralamasında 23-cü sırada yer alıb
Paris-2024: Azərbaycan medal sıralamasında 23-cü pillədə qərarlaşıb
Paris-2024: Azərbaycan medal sıralamasında 22-ci pilləyə yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər