Azərbaycan Çexiyadakı Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
Azərbaycan şahmatçıları Çexiyanın paytaxtı Praqada uşaq və yeniyetmələr arasında keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.
Şahmat Federasiyasından "Sizinxeber.az"a verilən məlumata görə, yarışda 40-dan çox ölkədən şahmatçılar 8-dən 18 yaşa qədər olan kateqoriyalarda medallar uğrunda mübarizə aparacaqlar.
Qitə çempionatında ötən ilin Avropa çempionları Rüstəm Rüstəmov, Mehriban Əhmədli, Məhəmməd Kazımzadə, bürünc medalçı Səadət Bəşirli, o cümlədən Paşam Əlizadə, Lalə Hüseynova, Şiroğlan Talıbov, Tunar Davudov, Zəhra Allahverdi, Əhməd Hüseynov və digərləri iştirak edəcəklər.
Ümumilikdə Azərbaycan nüfuzlu yarışda 40 şahmatçı ilə təmsil olunacaq.
Qeyd edək ki, avqustun 22-də başlayacaq turnirə ayın 31-də yekun vurulacaq.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
