Fərid Qayıbov Hindistana səfər edib
Gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyanın Tərəflər Konfransının IX Sessiyası (COP9) Bürosunun vitse-prezidenti olaraq Hindistana səfər edib.
"Sizinxeber.az"un məlumatına görə, səfər zamanı Fərid Qayıbov Hindistanın Yeni Dehli şəhərində keçirilən COP9 Bürosu və Təsdiq Komitəsi üzvlərinin birgə iclasında iştirak edib.
Toplantıdan sonra Fərid Qayıbov NADA Hindistan və Dehli Milli Hüquq Universiteti arasında Anlaşma Memorandumunun imzalanması mərasiminə də qatılıb.
O, səfər çərçivəsində hindistanlı həmkarları – gənclərlə iş və idman naziri Mansux Mandaviya, gənclərlə iş və idman üzrə dövlət naziri Rakşa Nikhil Xadse ilə görüşüb. Görüş zamanı həm gənclər, həm də idman sahəsində iki ölkə arasında mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Oxşar xəbərlər
Fərid Qayıbov "Gənc idman liderləri" proqramının iştirakçıları ilə görüşüb
Fərid Qayıbov Avropa Ağırlıqqaldırma Federasiyasının prezidentini qəbul edib
Qazaxıstan və Azərbaycan milli idman növlərinin inkişafını gücləndirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
