Azərbaycan gimnastları Bolqarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
Azərbaycan gimnastları Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək “Plovdiv Cup” beynəlxalq turnirində iştirak edəcəklər.
"Report" xəbər verir ki, məşqçi Marian Kolevin rəhbərliyi altında aerobika gimnastikası üzrə böyüklərdən ibarət komandanın heyətində Mədinə Mustafayeva və Vladimir Dolmatov qarışıq cütlüklər arasında mübarizə aparacaqlar.
Mədinə Mustafayeva, Vladimir Dolmatov, Dilarə Qurbanova, həmçinin Xədicə Quliyeva, Leyla Bejanova və Arzu Ağayeva isə "üçlüklər"də öz bacarıqlarını nümayiş etdirəcəklər.
Adıçəkilən gimnastlar fərdi çıxışlarda da qüvvələrini sınayacaqlar.
Yarışda ölkəmizi hakim qismində Lalə Hüseynova təmsil edəcək.
Turnir avqustun 30-dan sentyabrın 1-dək keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan boksçuları Rusiyada beynəlxalq turnirdə iştirak edəcək
Azərbaycan Çexiyadakı Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
Azərbaycan gimnastları Qazaxıstanda üç qızıl medal qazanıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
