Azərbaycanın iki güləşçisi dünya çempionu olub
Azərbaycanın iki güləşçisi İordaniyanın Amman şəhərində 17 yaşadək yeniyetmələr arasında dünya çempionatında qızıl medal qazanıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
51 kq çəki dərəcəsində çıxış edən Turan Daşdəmirov finalda qırğızıstanlı rəqibi Kutman Kalbayevə 5:3 hesabı ilə qalib gələrək ikinci dəfə dünya çempionu olub. Beləliklə, Daşdəmirov U-17 yaş qrupunda mübarizə apardığı 2 il ərzində maksimum nəticəyə imza ataraq İkiqat Avropa və ikiqat dünya çempionu ünvanına sahib çıxıb. O, həm də 2022-ci ildə U-15 Avropa çempionatının qalibi olub.
60 kq çəki dərəcəsində çıxış edən Ayxan Cavadov isə finalda gürcüstanlı Vaxtanq Loluaya 4:1 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cavadov bu il qitə birinciliyində də baş mükafata sahib çıxmışdı.
Oxşar xəbərlər
Azərbaycanın iki güləşçisi dünya çempionatının qızıl medalını qazanıb
Rəqibinə 10:0 hesabı ilə qalib gələn idmançımız bürünc medal qazandı
Paris-2024: Azərbaycan cüdoçusu 1/8 finalda uduzub - YENİLƏNİB
Həsrət Cəfərov bürünc medal qazanıb
Paris-2024: Azərbaycan güləşçisi bürünc medal qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













