Paris-2024-də iştirak edəcək parataekvondoçularla görüş olub
Azərbaycan Taekvondo Federasiyasında (ATF) Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak edəcək parataekvondo millisi ilə görüş olub.
Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, toplantıda ATF-nin vitse-prezidentləri Hikmət Səmədov, Niyaməddin Paşayev və baş katib Rüstəm Bağırlı lisenziya qazanmış idmançıların son durumu ilə maraqlanıb, onlara yarışda uğurlar arzulayıblar.
Komandanın baş məşqçisi Fərid Tağızadə parataekvondoçuların yaxşı formada olduğunu bildirib, turnirdən gözləntilərini açıqlayıb. O, Paris-2024-ə hazırlıqların yüksək səviyyədə keçdiyini və federasiyanın onlar üçün bütün lazımi şəraiti yaratdığını vurğulayıb.
Parateekvondoçular da oyunlarda uğurlu çıxışa inandıqlarını, Fransada Azərbaycan himnini səsləndirməyə çalışacaqlarını deyiblər.
Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunlarında Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) qüvvəsini sınayacaq. K-44 kateqoriyasında yarışacaq parataekvondoçularımız Parisə avqustun 21-də yollanacaqlar.
Oxşar xəbərlər
Parataekvondoçumuz Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan parataekvondoçusu Yay Paralimpiya Oyunlarında iştirak edəcək
Paris-2024 Yay Paralimpiya Oyunlarında Azərbaycanın bayraqdarları bəlli olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
