Paris-2024 Yay Paralimpiya Oyunlarında Azərbaycanın bayraqdarları bəlli olub
Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib.
"Report" xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov məlumat verib.
Onun sözlərinə görə, tədbirdə bayraqları parataekvandoçu İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva daşıyacaqlar.
Komitə rəsmisi idmançıların daim qayğı hiss etdiklərini diqqətə çatdırıb: "Ötən il Azərbaycan Prezidenti tərəfindən paralimpiya çempionları üçün təqaüd təyin edilib. Qarşıda bizi paralimpiada gözləyir. 7 növdə 19 idmançı ilə təmsil olunacağıq".
Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.
Oxşar xəbərlər
Azərbaycan parataekvondoçusu Yay Paralimpiya Oyunlarında iştirak edəcək
Parataekvondoçumuz Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
