Paris-2024: Azərbaycanın sərbəst güləşçisi bürünc medal qazanıb
sizinxeber.az xəbər saytı

Paris-2024: Azərbaycanın sərbəst güləşçisi bürünc medal qazanıb


Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc medal uğrunda mübarizə aparıb.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 125 kq çəki dərəcəsində yer alan idmançı Polşa təmsilçisi Robert Baranla üz-üzə gəlib.

Görüş təmsilçimizin 9:3 qələbəsi ilə yekunlaşıb. Bununla da G.Meşvildişvili ölkəmizin aktivinə növbəti bürünc medalı yazdırıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Oxşar xəbərlər

Paris-2024: Azərbaycan güləşçisinin bürünc medal uğrunda üz-üzə gələcəyi rəqib müəyyənləşib
Paris-2024: Azərbaycanın sərbəst güləşçisi 1/4 finala yüksəlib
Paris-2024: Azərbaycanın iki sərbəst güləşçisi mübarizəyə başlayır
Paris-2024: Azərbaycanın sərbəst güləşçisi qələbə qazanıb
Paris-2024: Azərbaycan boksçusu gümüş medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər