Milli Paralimpiya Komitəsinin rəsmisi: Paris-2024-ə hazırlıqlar çox yaxşı səviyyədə keçib
sizinxeber.az xəbər saytı

Milli Paralimpiya Komitəsinin rəsmisi: Paris-2024-ə hazırlıqlar çox yaxşı səviyyədə keçib


Hazırlıqlarımız çox yaxşı səviyyədə keçib.

Bunu paralimpiyaçıların Paris 2024-ə yolasalma mərasimində Milli Paralimpiya Komitəsinin idman şöbəsinin müdiri Şahvələd Əliyev deyib.

Komitə rəsmisi bunları söyləyib: "İdmançılarımız testlərdən keçib, zəif cəhətləri aşkarlanıb. Komandalarımıza peşəkar, psixoloji dəstək göstərilib. Hazırda üzgüçülərimiz Belarusda, taekvandoçumuz Qubadadır. İnşallah ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq. Medal üçün yarışacaqlar. Biz də dəstəyimizi göstərəcəyik".

Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.

Oxşar xəbərlər

Paris-2024 Yay Paralimpiya Oyunlarında Azərbaycanın bayraqdarları bəlli olub
Parataekvondoçumuz Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycanı Paris-2024-də təmsil edəcək daha bir idmançı müəyyənləşib
Azərbaycan parataekvondoçusu Yay Paralimpiya Oyunlarında iştirak edəcək
Rüfət Hacılı: İdmançılarımızın paralimpiadada çətinlik çəkməməsi üçün əlimizdən gələni edəcəyik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər