Yeniyetmə şahmatçılar üçün "ustad dərsləri" təşkil edilib
Azərbaycan Şahmat Federasiyasında (AŞF) yeniyetmələr arasında ölkə çempionatının qalib və mükafatçıları üçün "ustad dərsləri" təşkil edilib.
Qurumdan "Report"a verilən məlumata görə, tədbirdə 8, 10, 12, 14, 16 və 18 yaşlılar arasında Azərbaycan çempionatının qalib və mükafatçıları iştirak ediblər.
Tədbirdə çıxış edən AŞF prezidenti Mahir Məmmədov qurumun yeniyetmə şahmatçıların inkişafına böyük önəm verdiyini və bu istiqamətdə müxtəlif layihələr həyata keçirildiyini bildirib.
İlk "ustad dərsi"ndə milli komandanın üzvü Aydın Süleymanlı yeniyetmələrlə təcrübəsini bölüşüb. Karyerası barədə danışan yığma üzvü uşaqlara yarış ərəfəsində həyəcanı unutmağın və diqqəti rəqibə yönəltməyin sirrlərindən söhbət açıb. Şahmatda intizamın vacib olduğunu deyən A.Süleymanlı gərgin məşqlər zamanı düzgün istirahət etməyin önəmini vurğulayıb.
Tədbirin sonunda bir neçə partiyanı təhlil edən Aydın Süleymanlı uşaqların suallarına cavab verib.
Qeyd edək ki, Aydın Süleymanlı yeniyetmələr arasında dünya (14 yaş qrupunda) və ikiqat Avropa çempionu (8 yaşadək və 12 yaşadək), o cümlədən 16 yaşadək şahmatçıların Ümumdünya Şahmat Olimpiadasının qalibidir. Milli üzvü 2024-cü ildə Azərbaycan çempionatının qızıl medalını qazanıb.


width="220" alt="Azərbaycan Cüdo Federasiyası Gəncədə "ustad dərsi" təşkil edib" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />