Azərbaycanın yunan-Roma güləşi üzrə millisi İtaliyada Avropa çempionu olub
sizinxeber.az xəbər saytı

Azərbaycanın yunan-Roma güləşi üzrə millisi İtaliyada Avropa çempionu olub


İtaliyanın Kaorle şəhərində keçirilən U15 Avropa çempionatına yekun vurulub.

"Sizinxeber.az" xəbər verir ki, qitə birinciliyində Azərbaycan millisi komanda hesabında Avropa çempionu olub. 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığma 131 xalla birinci yeri tutub. Ermənistan (125) ikinci, Gürcüstan (99) isə üçüncü olub.

Millinin heyətində Ömər Salmanov (44 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Hüseyn Əmrahlı (38 kq) və Ruslan Nuriyev (75 kq) gümüş medala sahib çıxıb. Xudayar Kərimli (38 kq), Hüseyn Mustafazadə (52 kq) və Nadir Həsənov (62 kq) isə bürünc medalı boynundan asıb.

Qeyd edək ki, bu komanda 3-cü dəfə Avropa çempionu olur. Yunan-Roma güləşi üzrə milli 2022 və 2024-cü illərdə də eyni uğura imza atıb.

Xatırladaq ki, bir neçə gün öncə sərbəst güləş üzrə milli İtaliyada Avropa çempionu olub.

Oxşar xəbərlər

Azərbaycanın yunan-Roma güləşi millisi Avropa çempionu olub
Yunan-Roma güləşi üzrə Azərbaycanın U-23 millisi Avropa çempionatının qalibi olub
Avropa çempionatı: Azərbaycanın üç yunan-Roma güləşçisi qızıl medal uğrunda yarışacaqlar
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatının bürünc medalını qazanıb
Azərbaycan güləşçisi Avropa çempionatının qalibi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər