AKF prezidenti: "Seminarın əsas məqsədi həmrəylik, birlik və gənclərə bir çağırışdır"
Bakıda təşkil olunan kontakt karate üslubları üzrə seminarın əsas məqsədi həmrəylik, birlik və gənclərə bir çağırışdır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Karate Federasiyasının (AKF) prezidenti Ülvi Quliyev jurnalistlərə açıqlamasında deyib.
O, seminarın üç üslub üzrə keçirildiyini söyləyib:
"Azərbaycan Karate Federasiyasının nəzdində bir çox karate sistemləri fəaliyyət göstərir. Bunlardan idman karatesinə aid növlər də var. Həmçinin kontakt növləri də mövcuddur. Hazırda Kyokuşinkay Karate, Kosiki-Kudo Karate və Aşihara Karate üslubu üzrə yay seminarı təşkil olunub. Burada həm məşqçilər, həm təlimatçılar, həmçinin yeniyetmə və gənc idmançılar da iştirak edir. Təbii ki, məqsəd həm sağlam həyat tərzini təbliğ etmək, həm də yeni texnikaların nümayişi və fənlərin öyrənilməsidir. Əsas məqsəd həmrəylik, birlikdir və gənclərə bir çağırışdır. Vətənpərvərliyin həmçinin gənclərin sağlam böyüməsində karatenin dəstəyi var. Eyni zamanda bu idman növünün inkişafı baxımından belə seminarlar keçirilir. Fürsətdən istifadə edib Azərbaycan Karate Feserasiyası, həmçinin seminarda iştirak edən idmançılar adından gənclər və idman naziri Fərid Qayıbova xüsusi təşəkkür edirəm. Nazirin burada iştirak etməsi gənclərə mesajdır".
Oxşar xəbərlər
Bakıda kontakt karate üslubları üzrə nümunəvi yay seminarı təşkil olunub
Bakıda kontakt karate üslubları üzrə yay seminarı keçirilir
Azərbaycan Karate Federasiyasının nəzdində "Xankəndi" klubu yaradılıb
Azərbaycanlı referi Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçilib
Azərbaycan Karate Federasiyası "Report" İnformasiya Agentliyini mükafatlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











