Jurnalistlər "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işlərinin gedişatı ilə tanış olublar
sizinxeber.az xəbər saytı

Jurnalistlər "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işlərinin gedişatı ilə tanış olublar


Sentyabrda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işlərinin gedişatı ilə yaxından tanışlıq məqsədilə jurnalistlər üçün media tur təşkil olunub.

"Sizinxeber.az" xəbər verir ki, Neftçilər prospekti, Hökumət evinin qarşısında quraşdırılmaqda olan paddokdan başlayaraq təşkil olunan tur zamanı aparılan tikinti işləri ilə yaxından tanışlıq imkanı yaradılıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin tikinti şöbəsinin meneceri Sübhan Manafzadə trekin hazırkı vəziyyəti, paddok sahəsində görülən işlər, tribunaların quraşdırılması və ümumilikdə yarışa hazırlıq prosesi ilə bağlı ətraflı məlumat verib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.

Foto: Məhəmməd Ağayev

Oxşar xəbərlər

"Formula 1": Azərbaycan Qran-prisi üçün paddokun yenidən qurulmasına başlanıb
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq məqsədilə Bakıda bəzi yollardan istifadə məhdudlaşdırılacaq
Bakı Şəhər Halqasının rəsmisi: "Martdan başlayan tikinti işləri əsasən pit və komanda binalarında davam etdirilir"
"Formula 1": Azərbaycan Qran-prisinə görə daha bir neçə yolda hərəkət məhdudlaşdırılacaq
"Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar media akkreditasiya seminarı təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər