Bakı Şəhər Halqasının rəsmisi: "Martdan başlayan tikinti işləri əsasən pit və komanda binalarında davam etdirilir"
Mart ayından başlayan tikinti işləri əsasən pit və komanda binalarında davam etdirilir.
"Sizinxeber.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqasının tikinti şöbəsinin meneceri Sübhan Manafzadə "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində media tur zamanı deyib.
O, bir sıra yeniliklər olduğunu vurğulayıb:
"Olduğumuz ərazidə tikinti hissəsinin 80 faizini tamamlamışıq. Avqustda ümumi trekin tikinti işlərinə başlamağı planlaşdırırq. Bu, əvvəlki illərlə müqayisədə 12 həftədən 6 həftəyə endirilib. Nəqliyyatın hərəkətinə maneə yaratmamaq üçün vaxtı maksimum qısaltmağa çalışmışıq. Ümumilikdə 1500-1700 aralığında fərqli sahələr üzrə insan cəlb olunub. Beton səddlərin ümumilikdə 60 faizi yeni sistemlə əvəz olunub. Bu bizə imkan verəcək ki, trekin tikintisini ötənilkindən daha tez başa çatdıraq".
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.
Oxşar xəbərlər
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq məqsədilə Bakıda bəzi yollardan istifadə məhdudlaşdırılacaq
"Formula 1"ə görə bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq
Bakının mərkəzində tikinti altına düşən yaşıllıqlar köçürüləcək
Laçının 3 qəsəbə və kəndində tikinti işlərinə başlanılacaq
Buzovnada çimərlikdə tikinti aparan şəxs məsuliyyətə cəlb olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
Prezident İlham Əliyevin doğum günüdür
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik












