Sizinxeber.az » SÖZÜM VAR ! » Azərbaycan” məhəlləsinin açılışı ikitərəfli münasibətləri simvolizə edən mühüm addımdır

Azərbaycan” məhəlləsinin açılışı ikitərəfli münasibətləri simvolizə edən mühüm addımdır

Bəzən bir bina, bir məhəllə, bir küçə adı təkcə coğrafi deyil, tarixi və mənəvi anlam daşıyır. Türkiyənin Kahramanmaraş şəhərində tikilib istifadəyə verilən “Azərbaycan” məhəlləsi də məhz bu qəbildəndir. Bu, adi bir yaşayış sahəsinin açılışı deyil – bu, iki qardaş xalq arasında olan könül bağlarının daş üzərində inşa olunmuş, mühərrikli bir simvoludur.

2023-cü ilin fevral ayında baş vermiş dağıdıcı zəlzələ Türkiyənin canını, ürəyini silkələdi. Minlərlə insan həyatını itirdi, on minlərlə insan evsiz qaldı. Tam bu acıların ortasında Azərbaycan dövləti və xalqı bir an belə tərəddüd etmədən “biz burdayıq” dedi. Bu sözlər təkcə yardımla, xilasetmə dəstələri ilə deyil – əllə tutulacaq, gözlə görüləcək real dəstəklə sübut olundu.

Və nəticədə Kahramanmaraşda “Azərbaycan” adını daşıyan müasir bir yaşayış məhəlləsi salındı. Məktəbi, parkı, uşaq bağçası, səhiyyə məntəqəsi ilə birlikdə 1000-dən artıq insanın yaşaya biləcəyi yeni həyat sahəsi quruldu. Bu, əslində təkcə zəlzələdən xilas olan ailələrə verilən bir “ev” deyil – Azərbaycan xalqının böyük qəlbini, əsl qardaşlıq təfəkkürünü göstərən bir abidədir.

Bu məhəllənin rəmzi adı var: “Azərbaycan.” Orada böyüyən hər uşaq, parkda gəzən hər ana, səhər həyətə çıxan hər ata bu adı eşidəcək, bu ölkəni sevəcək. Çünki bəzən bir ad – bir can olur. Bəzən bir ölkənin adı – bir həyat demək olur.

Bu layihə sadəcə sosial dəstək yox, siyasi və mədəni mesaj daşıyır:
Azərbaycan və Türkiyə münasibətləri sadəcə diplomatik yazışmalardan ibarət deyil. Bu münasibətlər can, qan, çiyin-çiyinə dayanma, dərdini paylaşmaq, evini bölüşmək səviyyəsindədir.

Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və tapşırığı ilə gerçəkləşən bu layihə, iki dövlət arasındakı qardaşlığın konkret, fiziki sübutudur. Azərbaycan bu addımla təkcə kömək etmədi, çiyin verdi. Və bu çiyin sadəcə bir dəfəlik deyil – tarixi bağlarla bərkidilmişdir.

Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılışı Türkiyə üçün bərpa, Azərbaycan üçün isə fədakarlıq və dostluğun təsdiqi oldu. Hər iki tərəf üçün isə ortaq gələcəyə atılan strateji və mənəvi addım kimi tarixə düşdü.

Bu açılış, həm də bir sualın cavabıdır:
“Azərbaycan nə qədər güclüdür?” –
O qədər güclüdür ki, özünü başqasının ağrısında yoxlaya bilir.
“Qardaşlıq nədir?” –
O qədər böyük dəyərdir ki, bəzən adı bir binanın üzərində yazılır, amma mənası minlərlə insanın qəlbində yaşayır.

Bəzən dünyada dövlətlər dostluqdan danışır, ancaq əməldə fərqli davranır. Amma Azərbaycan və Türkiyə arasındakı münasibətlərin əsasında səmimiyyət, tarix və inam dayanır. Bu gün torpaq üzərində inşa olunan bu yaşayış məhəlləsi – sabah üçün ən səmimi xarici siyasət nümunəsidir.

Sözüm var:
“Azərbaycan” məhəlləsinin açılışı təkcə ev açmaq deyil – qapı açmaqdır.
Qapısı ümidə, dostluğa, qardaşlığa açılan bir ünvan.
O ünvanda indi Azərbaycan deyilən bir ölkənin əli, qəlbi və imzası yaşayır.

(İzzət Qurbanov – “Sözüm var” layihəsi üçün)

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !