Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
Türkiyənin Kahramanmaraş şəhərində salınan “Azərbaycan məhəlləsi"nin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartallarında tikinti işləri yekunlaşıb.
“Sizinxeber.az”un əldə etdiyi məlumata görə, müasir memarlıq üslubunda inşa edilən evlər günəş panelləri ilə təchiz olunub.
Dörd kvartalda yerləşən 26 yaşayış binası qarşıdakı günlərdə sahiblərinə təhvil veriləcək. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.
Yeni yaşayış massivi təkcə evlərdən ibarət deyil. Ərazidə müxtəlif ticarət və sosial obyektlər, parklar, istirahət yerləri, uşaq meydançaları da var.
Qeyd edək ki, 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla, Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb.
Oxşar xəbərlər
MİDA: Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin bir hissəsinin inşası yekunlaşmaq üzrədir
Türkiyədə xarici jurnalistlərin iştirakı ilə zəlzələ bölgəsinə baxış keçirilir
İlham Əliyev Cəbrayıla getdi
Media nümayəndələri Zəngilanda yaşayış komplekslərinin tikintisi ilə tanış olublar - FOTO
Kahramanmaraşın bələdiyyə sədri: "Azərbaycan Məhəlləsi" yeni dizaynda qurulur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











