İrana casusluq edən İsrail əsgərləri həbs olundu
sizinxeber.az xəbər saytı

İrana casusluq edən İsrail əsgərləri həbs olundu


İsraildə İran kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən 4 nəfər həbs edilib.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə İsrail polisi, Daxili Təhlükəsizlik Xidməti və ordu birgə məlumat yayıb.

Bildirilib ki, İran kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinənlərdən üçü əsgər, bir nəfər isə mülki şəxsdir.

Məlumata görə, əsgərlər hələ hərbi xidmətdən əvvəl, yeniyetmə yaşlarında İran kəşfiyyatı ilə əlaqədə olublar və casusluq əməliyyatlarında iştirak ediblər.

İsrail Hərbi Hava Qüvvələrinin texniki məktəbində təlim keçən əsgərlər sözügedən obyektin və ətrafının fotolarını çəkib İrana göndəriblər.

Saxlanılanlar dəmiryol stansiyaları, ticarət mərkəzləri və təhlükəsizlik kameraları ilə bağlı məlumatları da İran kəşfiyyatına ötürüblər.

Oxşar xəbərlər

İsrail ordusunun 3 əsgəri İrana casusluqda şübhəli bilinir
İranda "Mossad"a casusluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
İsrail ordusunun hərbçisi İrana casusluq ittihamı ilə həbs edilib
İranda İsrailə casusluqda şübhəli bilinən 12 nəfər həbs edilib
SEPAH: Kirmanda casusluq edən 51 nəfər saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər