“AzerGold” məhsulları Beynəlxalq Xalça Festivalında...
2-3 may 2026-cı il tarixlərində İçərişəhərdə keçirilən Beynəlxalq Xalça Festivalı çərçivəsində “AzerGold” QSC xalça konsepsiyalı sərgi stendi ilə təmsil olunub.
“Azərxalça” ASC, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, İqtisadiyyat Nazirliyi və AZPROMO-nun dəstəyi ilə təşkil edilən festivalda dövlət şirkətinin 13 çeşiddə qızıl və 5 çeşiddə gümüş sikkələrdən ibarət kolleksiyaları, eləcə də investisiya məhsulları təqdim edilib.
“AzerGold” stendində xalçaçılıq elementlərini özündə ehtiva edən qızıl və gümüş məhsullar nümayiş etdirilib. Burada, həmçinin Azərbaycanın tarixi şəxsiyyətlərini, milli və mənəvi dəyərlərini əks etdirən numizmatika nümunələri və müxtəlif mövzularda hazırlanmış sikkələr təqdim olunub.
“AzerGold” və “Azərxalça” birgə layihə əsasında ziyarətçilərə “ipəklə gümüşün harmoniyası” adlı fərqli vizual təcrübə təqdim edib. “Smartminting” (yüksək relyefli zərb texnologiyası) ilə ərsəyə gətirilən və nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərinə həsr edilmiş “Nadir fauna növləri” adlı yeni nəsil gümüş sikkələr və bu kolleksiyanın xalça interpretasiyası izləyicilərin böyük marağına səbəb olub. Azərbaycan Respublikasının “Qırmızı Kitab”ı, o cümlədən Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqının “Qırmızı Siyahı”sının nəsli kəsilmək təhlükəsi olan canlılar kateqoriyasına daxil edilmiş nadir fauna növləri – ceyran, bəbir və bezoar keçisi haqqında yerli və xarici qonaqlara ətraflı məlumat verilib. Stenddə “Bəbir” xalçasının kəsim prosesi də interaktiv şəkildə nümayiş etdirilib.
Oxşar xəbərlər
"AzerGold"un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub
"Azərxalça": Azərbaycanın müasir xalçaları ilk təqdimatdan satılır
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir
"AzerGold" "Şəhərsalma və Memarlıq İli"ndə yeni xatirə sikkəsi təqdim edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
