53 yaşlı kişi avtobusda qəfil öldü
sizinxeber.az xəbər saytı

53 yaşlı kişi avtobusda qəfil öldü


Sumqayıt şəhərində sərnişin avtobusunda ölüm hadisəsi baş verib.

Sizinxeber.Az Teleqraf-a istinadla xəbər verir ki, 1973-cü il təvəllüdlü Azər Həbib oğlu Avdilov Ceyranbatan bağları istiqamətində hərəkət edən 9 nömrəli marşrut xəttində olarkən qəfil dünyasını dəyişib.

Bildirilib ki, sərnişin kimi avtobusda olan şəxsin səhhəti qəfil pisləşib. Hadisə yerinə çağırılan müvafiq xidmət əməkdaşları onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər

Sumqayıtda halı pisləşən 3 yaşlı uşaq ölüb
Sumqayıtda sərnişin avtobusu işıq dirəyinə çırpılıb, yaralananlar var
Sumqayıtda işləyən zaman halı pisləşən fəhlə dünyasını dəyişib
Sumqayıtda futbol oynayarkən halı pisləşən gənc ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər