Qazaxda yol qəzasında bir kəndin dörd sakini ölüb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Qazaxda yol qəzasında bir kəndin dörd sakini ölüb - YENİLƏNİB


Qazax rayonunun Abbasbəyli kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən şəxslərin adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, qəza nəticəsində rayonun Fərəhli kənd sakinləri - 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev dünyasını dəyişib.

Hadisə yerinə Qazax Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


***
07:49

Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Abbasbəyli kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "BMW" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı divara çırpılıb.

Nəticədə avtomobildə olan 4 nəfər hadisə yerindəcə həyatını itirib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Qazaxda minik maşınının divara çırpılması nəticəsində 4 nəfər ölüb
Qazaxda minik maşınının divara çırpılması nəticəsində4 nəfər ölüb
Qazaxda avtomobil divara çırpılıb, ölənlər var
Daşkəsəndə baş vermiş qəza zamanı xəsarət alanların kimliyi müəyyən olunub - YENİLƏNİB
Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle