Qazaxda minik maşınının divara çırpılması nəticəsində 4 nəfər ölüb
sizinxeber.az xəbər saytı

Qazaxda minik maşınının divara çırpılması nəticəsində 4 nəfər ölüb


Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Abbasbəyli kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "BMW" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı divara çırpılıb.

Nəticədə avtomobildə olan 4 nəfər hadisə yerindəcə həyatını itirib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Qazaxda minik maşınının divara çırpılması nəticəsində4 nəfər ölüb
Şəmkirdə yük avtomobili beton arakəsməyə çırpılıb
Tovuzda minik avtomobili traktora çırpılıb: xəsarət alan var
Qaxda avtomobil divara çırpılıb, xəsarət alan var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər