Biləsuvarda narkokuryerlikdə təqsirləndirilən şəxs həbs olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
may
2025
11:30

Biləsuvarda narkokuryerlikdə təqsirləndirilən şəxs həbs olunub

27 may, 2025
11:30
490

Biləsuvarda narkokuryerlikdə təqsirləndirilən şəxs həbs olunub

Biləsuvarda narkokuryerlikdə şübhəli bilinən şəxsdən 10 kiloqram narkotik vasitə və həblər aşkarlanıb.

Bu barədə "Report"un yerli bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. 

Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. Tədbirlərlə 38 yaşlı Elnur Məmmədov saxlanılıb.

Ondan ümumilikdə 10 kiloqram tiryək və marixuana, həmçinin 855 ədəd narkotik və psixotrop tərkibli müxtəlif adlarda həblər aşkarlanıb. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın