Cəlilabad sakinlərində 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb
sizinxeber.az xəbər saytı

Cəlilabad sakinlərində 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb


Cəlilabad rayonunda polisin keçirdiyi əməliyyatla 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosuna verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

Tədbirlərlə 39 yaşlı Ramid İbadov və 33 yaşlı Elnur Bəşirov saxlanılıblar.

Onlarda ümumilikdə 11 kiloqram marixuana və metamfetamin, əlavə olaraq 99 ədəd metadon həbi aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Oxşar xəbərlər

Cəlilabadda polis 9 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlayıb - FOTO
Polis Yardımlıda əməliyyat keçirib, 20 kiloqram narkotik aşkarlanıb
Masallı sakinindən 10 kiloqram narkotik vasitə aşkarlanıb
Lənkəranda 18 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
Lerikdə saxlanılan narkokuryerdən 10 kq narkotik aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle