Bakıda xuliqanlıq niyyəti ilə maşınla adam vuran şəxs barəsində cinayət işi başlanılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
may
2025
09:30

Bakıda xuliqanlıq niyyəti ilə maşınla adam vuran şəxs barəsində cinayət işi başlanılıb

27 may, 2025
09:30
434

Bakıda xuliqanlıq niyyəti ilə maşınla adam vuran şəxs barəsində cinayət işi başlanılıb

Bakının Xətai rayonunda yayılan görüntülərlə bağlı cinayət işi başlanılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli "Sizinxeber.az"a bildirib ki, hadisə mayın 20-də qeydə alınıb. İnsident zamanı Rauf Şamxalov idarə etdiyi “Hyundai” markalı avtomobillə aralarında yaranan şəxsi mübahisə zamanı Firudin Bağırovu vuraraq xuliqanlıq hərəkətləri edib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, iki nəfər şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın