Babək rayonunda avtomobillər toqquşub, xəsarət alanlar var
Naxçıvan Muxtar respublikası (MR) Babək rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib
"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, hadisə rayonun Çeşməbasar kənd ərazisində qeydə alınıb.
Belə ki, 77-YA-725 dövlət nömrə nişanlı "Changan" avtomobili ilə 69-TA-153 dövlət nömrə nişanlı "NAZ-Lİfan" markalı avtomobil toqquşub.
Qəza nəticəsində Ordubad rayonu Vənənd kənd sakinləri - 1960-cı il təvəllüdlü Qafarov Əli Zeynalabdin oğlu, 1963-cü il təvəllüdlü Muxtarova Şahnaz Vəli qızı, 1977-ci il təvəllüdlü Muxtarov Nadir Vaqif oğlu və rayonun Anaqut kənd sakini, 1983-cü il təvəllüdlü Ağayeva Kifayət Cəbrayıl qızı xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlardan K.Ağayeva reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Naxçıvanda iki avtomobil toqquşub, xəsarət alanlar var
Kəngərli rayonunda yol qəzası baş verib, xəsarət alanlar var
Lənkəranda avtomobillər toqquşub, xəsarət alanlar var
Salyanda minik avtomobili aşıb, 3 nəfər xəsarət alıb
Salyanda yol qəzası olub, bir ailənin beş üzvü xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













