

Sabirabadda körpə ölü doğulub, ananın vəziyyəti orta ağırdır - YENİLƏNİB
Sabirabadda ölü körpə dünyaya gətirən ananın reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.
Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumatda qeyd olunub ki, 2005-ci il təvəllüdlü şəxs 19.05.2025-ci il tarixində saat 17:00 radələrində Ucar Rayon Mərkəzi Xəstəxanasından 32 həftəlik hamiləlik, uşaqlıqla çapıq, ölü döl diaqnozları ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Regional Perinatal Mərkəzə təxliyə olunub:
"Zəruri tibbi xidmətlər göstərilən pasiyent üzərində qeysəriyyə kəsiyi əməliyyatı icra olunub və ölü döl xaric edilib. Ölü döl təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, pasiyent hamiləlik müddətində virus infeksiyasına yoluxmasını və 10 gün ərzində bətnində körpənin hərəkətini hiss etmədiyini bildirib".
Sabirabadda körpə ölü doğulub.
"Sizinxeber.az" xəbər verir ki, Zərdab rayonunun Dəkkəoba kənd sakini Lalə Rüstəm qızı Şikalə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzinə aparılıb.
Hamilə qeysəriyyə əməliyyatına alınıb və ölü uşaq dünyaya gətirib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
TƏBİB Sabirabadda bayram günlərində iki döl və bir körpənin tələf olması ilə bağlı məlumat yayıb
Sabirabadda körpə ölü doğulub
TƏBİB: Sabirabadda son 10 gün ərzində 2 döl, 1 körpə tələf olub
Sabirabadda ana ölümü ilə bağlı TƏBİB-dən açıqlama verilib
Sabirabadda ana ölümü ilə bağlı rəsmi açıqlama verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
