TƏBİB Sabirabadda bayram günlərində iki döl və bir körpənin tələf olması ilə bağlı məlumat yayıb
TƏBİB Sabirabadda bayram günlərində iki döl və bir körpənin tələf olması ilə bağlı məlumat yayıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə martın 23-də saat 01:20 radələrində 2005-ci il təvəllüdlü 38-39 həftəlik hamilə hospitalizasiya olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 min qram ölü döl xaric olunub.
Növbəti gün isə 1988-ci il təvəllüdlü 28-29 həftəlik hamilə saat 01:50 radələrində uşaqlıqda iki dəfə çapıq, ağır dərəcəli preeklampsiya diaqnozu ilə hospitalizasiya olunub. Qeysəriyyə kəsiyi əməliyyatı ilə 820 qr. çəkidə olan körpə dünyaya gəlib. Vəziyyəti ağır olan ekstremal azçəkili dölün aparılan reanimasiya tədbirlərinə baxmayaraq, ölüm faktı qeydə alınıb.
Digər hospitalizasiya olunan 39-40 həftəlik hamilə, 2006-cı il təvəllüdlü şəxsdə isə doğuşun birinci dövrü, baş gəlişi, rezus faktor mənfi, ölü döl diaqnozları təyin olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 min qr. ölü döl xaric olunub.
Qeyd edək ki, hər üç zahının müalicələri tibb müəsisəsinin müvafiq şöbələrində davam etdirilib, hazırda vəziyyətləri stabildir.
Oxşar xəbərlər
TƏBİB: Sabirabadda son 10 gün ərzində 2 döl, 1 körpə tələf olub
Tovuzda yeni doğulan körpə ölüb
Sabirabadda ana ölümü ilə bağlı TƏBİB-dən açıqlama verilib
Sabirabadda ana ölümü ilə bağlı rəsmi açıqlama verilib
Gəncədə döl ölü doğulub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













