Bakıda 10 nəfər saxlanılıb, 75 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
sizinxeber.az xəbər saytı

Bakıda 10 nəfər saxlanılıb, 75 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO


Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçiriblər.

APA DİN-ə istinadən xəbər verir ki, tədbirlər zamanı əvvəllər məhkum olunmuş 45 yaşlı Əli Əliyev və tanışı Zamik Əliyev, 60 yaşlı Telman Məmmədov, 34 yaşlı Tural Cəfərov, 35 yaşlı Hüseyn Məmmədov, 32 yaşlı Hikmət Axundov, 37 yaşlı Rəvan Baxışov, 28 yaşlı Arzu Əsgərov, 43 yaşlı Vüsal Məmmədov və əvvəllər məhkum olunmuş 24 yaşlı Ayaz Usubov saxlanılıblar.

Bu şəxslərdən 75 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Narkotiklə bağlı mütəşəkkil dəstə üzvləri tutulub, 40 kq narkotik götürülüb
Azərbaycanda narkoşəbəkə üzvləri saxlanılıb, 80 kq narkotik aşkarlanıb
BMCMİ əməliyyat keçirib, 7 nəfər saxlanılıb - VİDEO
Bakı və Salyanda 41 kq narkotik dövriyyədən çıxarılıb
Bakıda narkotik satışını təşkil edən ata və iki övladı saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər