Məhkəmədə Qubadlının Zilanlı kəndinin və Zəngilanın işğalı zamanı çəkilən videomaterial nümayiş olunub
sizinxeber.az xəbər saytı

Məhkəmədə Qubadlının Zilanlı kəndinin və Zəngilanın işğalı zamanı çəkilən videomaterial nümayiş olunub


Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Qubadlının Zilanlı kəndinin və Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı çəkilən videomaterial nümayiş olunub.

APA xəbər verir ki, videokadrlarda öldürülərək yandırılmış Azərbaycan polislərinin nəşləri görünür.

Kadrlarda Ermənistan ordusunun hərbçiləri danışırlar. Onlar deyirlər: “Biz bu yüksəkliyi götürmüşük. Buradan o tərəfə İrandır. Bundan sonra Zəngilana gedəcəyik. O tərəflərdə - Araz tərəfdə Zəngilandır. Babalarımızın vəsiyyətini həyata keçirdik, öz məqsədimizə çatmışıq".

Ermənistan ordusunun hərbçiləri üzərində “Daşnaksütyun” yazılmış bayrağın fonunda "Qalx daşnak Dro" mahnısı oxuyurlar.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 16-da davam etdiriləcək.

Oxşar xəbərlər

Məhkəmədə Laçının Ermənistan tərəfindən işğalı ilə bağlı videomaterial nümayiş etdirilib
Serj Sarkisyanın etirafı: Şuşa əməliyyatında Robert Köçəryan özü də iştirak edirdi
Ermənistan ordusunun generalı: Şuşa əməliyyatının keçirilməsində Robert Köçəryan və Serj Sarkisyan iştirak ediblər
Məhkəmədə Davit İşxanyanın Şuşanın işğalına dəstəyini əks etdirən video nümayiş olunub
Qaradağlı sakini: Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri nəticəsində öldü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle