Ermənistan ordusunun generalı: Şuşa əməliyyatının keçirilməsində Robert Köçəryan və Serj Sarkisyan iştirak ediblər
sizinxeber.az xəbər saytı

Ermənistan ordusunun generalı: Şuşa əməliyyatının keçirilməsində Robert Köçəryan və Serj Sarkisyan iştirak ediblər


Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşa rayonunun işğalı ilə bağlı Ermənistan silahlı qüvvələrinin general-polkovniki Qurgen Dalibaltayanın (1926-2015) qeydləri yer almış videomaterial nümayiş etdirilib.

Sizinxeber.az-nın xəbərinə görə, Qurgen Dalibaltayan bildirib ki, Şuşa əməliyyatının işlənməsində, hazırlanmasında və həyata keçirilməsində Robert Köçəryan və Serj Sarkisyan (Ermənistanın keçmiş prezidentləri – red.) iştirak ediblər.

O vurğulayıb ki, Şuşa əməliyyatının əhəmiyyəti çox böyük idi.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi davam etdirilir.

Oxşar xəbərlər

Erməni general: Şuşa əməliyyatının işlənməsində, hazırlanmasında Robert Köçəryan və Serj Sarkisyan iştirak edib
Serj Sarkisyanın etirafı: Şuşa əməliyyatında Robert Köçəryan özü də iştirak edirdi
David İşxanyan Birinci Qarabağ müharibəsində Serj Sarkisyanın rolundan danışıb
Lyova Mnatsakanyan: Məni qondarma rejimin “müdafiə naziri” “vəzifəsi”nə Serj Sarkisyan təyin edib
Qurgen Stepanyandan etiraf: Ermənistan vətəndaşları olan zabitlər sayca üstünlük təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər