Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb
sizinxeber.az xəbər saytı

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb


Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.

Sizinxeber.az xəbər verir ki, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri tədbir zamanı paytaxt ərazisində silsilə talama cinayətləri törətməkdə şübhəli bilinən Əlcəzair vətəndaşları 30 yaşlı Mahdi Sidi Muhamed və 28 yaşlı Abkari Riad Bourouba tutulublar.

Araşdırmalarla məlum olub ki, onlar paytaxt ərazisində ayrı-ayrı vaxtlarda şəhərin mərkəzində yerləşən və insanların sıx olduğu ictimai iaşə obyektlərində cibgirlik yolu ilə müxtəlif şəxslərin mobil telefonlarını və digər qiymətli əşyalarını oğurlayıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Ağdaşda xəstəxanada cibgirlik edən şəxs saxlanılıb
Şamaxıda cibgirlik etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Masallıda mağazalardan 9 min manatlıq oğurluq edilib
Gəncədə cibgir saxlanılıb
Bakıda evdən 17 min manatlıq oğurluq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər