Sumqayıtda özündən 12 yaş böyük ərini bıçaqlamaqda şübhəli bilinən qadın tutulub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Sumqayıtda özündən 12 yaş böyük ərini bıçaqlamaqda şübhəli bilinən qadın tutulub - YENİLƏNİB


Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən "Sizinxeber.az"a bildirilib ki, dekabrın 15-də saat 16 radələrində Sumqayıt şəhəri 11-ci mikrorayon ərazindəki evlərin birində 1988-ci il təvəllüdlü E.Quliyevə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Əməli törətməkdə şübhəli bilinən onun arvadı 2000-ci il təvəllüdlü N.Quliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.

08:33

Sumqayıtda 24 yaşlı qadın həyat yoldaşını bıçaqlayıb.

“Sizinxeber.az” un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 11-ci mikrorayon ərazisində qeydə alınıb.

2000-ci il təvəllüdlü Nərmin Quliyeva ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Elvin Quliyeva bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Sumqayıtda gənc qadın həyat yoldaşını bıçaqlayıb
Sumqayıtda qaynının həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Sumqayıtda tanışını bıçaqlayan şəxs tutulub - YENİLƏNİB
Sumqayıtda qadın qaynı tərəfindən bıçaqlanıb
Sumqayıtda məktəbin qarşısında gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər