Məhkəmədə Serj Sarkisyanın etirafı nümayiş olunub: Şuşa əməliyyatında Robert Köçəryan özü də iştirak edirdi
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa rayonunun işğalı ilə bağlı Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qeydləri yer alan videomaterial tədqiq edilib.
"Sizinxeber.az" xəbər verir ki, S.Sarkisyan Şuşa əməliyyatının əhəmiyyətinin çox böyük olduğunu bildirib. O deyib: “Bu əməliyyatın əhəmiyyəti o qədər böyük idi ki, Robert Köçəryan özü iştirak edirdi”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi davam etdirilir.
Oxşar xəbərlər
Erməni general: Şuşa əməliyyatının işlənməsində, hazırlanmasında Robert Köçəryan və Serj Sarkisyan iştirak edib
Serj Sarkisyanın etirafı: Şuşa əməliyyatında Robert Köçəryan özü də iştirak edirdi
David İşxanyan Birinci Qarabağ müharibəsində Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın roluna dair açıqlama verib
Arkadi Qukasyan: Robert Köçəryan “Krunq” təşkilatının üzvü idi
Ermənistan ordusunun generalı: Şuşa əməliyyatının keçirilməsində Robert Köçəryan və Serj Sarkisyan iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











