Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
sizinxeber.az xəbər saytı

Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək


Daxili işlər naziri Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, general-polkovnik Vilayət Eyvazov tərəfindən aprelin 30-da Tovuz Rayon Polis Şöbəsinin inzibati binasında Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Həmin gün daxili işlər naziri tərəfindən bölgə üzrə polis orqanlarında vakant vəzifələrdə xidmətə qəbulla əlaqədar sıra baxışı da keçiriləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 29.04.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Oxşar xəbərlər

Daxili işlər naziri Şəkidə vətəndaşları qəbul edəcək
Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək
Vilayət Eyvazov Lənkəranda qəbul keçirəcək
Vilayət Eyvazov Gəncədə vətəndaşları qəbul edəcək
Vilayət Eyvazov Gəncədə qəbul keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle