Bakıda toyda 51 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqda araşdırma başlayıb
sizinxeber.az xəbər saytı

Bakıda toyda 51 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqda araşdırma başlayıb


Bakıda şadlıq evində 50-dən çox şəxsin zəhərlənməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.

"Sizinxeber.az"un əldə etdiyi məlumata görə, Xətai rayonu "Venesiya" şadlıq evindəki kütləvi zəhələnmə ilə bağlı Xətai rayon Prokurorluğunda araşdırmalara başlanılıb, müvafiq ekspertizalar təyin olunub.

Qeyd edək ki, hadisə aprelin 18-də qeydə alınıb. Toy məclisi zamanı kütləvi zəhərlənmə olub.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb.

Oxşar xəbərlər

Bakıda toyda zəhərlənənlərin sayı 50-ni keçib - YENİLƏNİB 1
Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - YENİLƏNİB-2
TƏBİB: Toyda zəhərlənmə şübhəsi ilə ümumilikdə 51 nəfər hospitalizasiya olunub - YENİLƏNİB-5
Bakıda toyda zəhərlənənlərin sayı 36-ya çatıb - YENİLƏNİB
Qəbələdə toyda 55 nəfər zəhərlənib, araşdırma aparılır - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər