Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - YENİLƏNİB-2
Qəbələdə toyda kütləvi zəhərlənmə faktı araşdırılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya bildirilib ki, avqustun 15-də Qəbələ şəhərində yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində iştirak edən şəxslərdən 55-nin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qəbələ rayon prokurorluğunda araşdırma aparılır.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə şadlıq evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
***
11.21
15.08.2024-cü il tarixində saat 19:00-dan başlayaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 55 nəfər (21 kişi, 34 qadın cinsli olmaqla) qida zəhərlənməsi şübhəsilə müraciət edib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Bu barədə APA-ya TƏBİB-dən bildirilib.
51 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 3 nəfərin (1 kişi, 2 qadın olmaqla) müalicəsi Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir. 1 nəfərin isə (qadın cinsli) müalicəsi Təcili yardım şöbəsində davam etdirilir və vəziyyəti stabil qiymətləndirilir.
***
10.28
Qəbələdə baş verən zəhərlənmə hadisəsinin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq AQTA-dan bildirilib.
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
***
10.13
Qəbələ rayonunda kütləvi zəhərlənmə baş verib.
APA-nın xəbərinə görə, zəhərlənmə Qəbələdə şadlıq sarayında keçirilən toyda baş verib. Ümumilikdə 51 nəfərin qidadan zəhərləndiyi bildirilir.
Zəhərlənmənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət edənlərin vəziyyətlərinin normal oldugu bildirilir.
Hazırda hüquq-mühafizə orqanlarının və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşkarı tərəfindən araşdırma aparılır.
Yetər Kərimli
İlham Əhmədov
Oxşar xəbərlər
Qəbələdə toyda kütləvi zəhərlənmə olub - YENİLƏNİB
Qəbələdə toyda 55 nəfər zəhərlənib, araşdırma aparılır - YENİLƏNİB
İki gün əvvəl Göygöldə zəhərlənənlər xəstəxanadan evə buraxılıblar
Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 93 nəfərə çatıb - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
