Bakıda gecə səs-küy yaradan iaşə obyektləri cərimələnib
sizinxeber.az xəbər saytı

Bakıda gecə səs-küy yaradan iaşə obyektləri cərimələnib


Paytaxtın Nərimanov rayonu ərazisində yaşayan bir qrup sakin polisə müraciət edərək gecə saatlarında yaşayış ünvanlarının yaxınlığında yerləşən ictimai iaşə obyektlərində yaranan məişət səs-küyünun onları narahat etməsi ilə bağlı şikayətlərini bildiriblər.

APA xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, bu istiqamətdə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qeyd edilən ünvanlarda fəaliyyət göstərən kafe-restoran, əyləncə mərkəzləri və digər ictimai iaşə obyektlərində profilaktik tədbir keçirilib. Nəticədə bir neçə obyektin gecə saat 00:00-dan sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini pozduğu aşkar edilib. Həmin ictimai iaşə obyektlərində yüksəksəsli musiqi dayandırılıb və obyekt sahibləri ilə profilaktik söhbətlər aparılıb. Həmin şəxslər inzibati protokollar tərtib edilməklə cərimələniblər. Bu cür halların təkrarlanacağı təqdirdə barələrində daha sərt tədbirlərin görüləcəyi obyekt sahiblərinin diqqətinə çatdırılıb.

Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı qəbul edilən normalara əməl olunması üzrə nəzarət tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

"Memar Əcəmi" stansiyası yaxınlığında sakinləri narahat edən obyektlə bağlı tədbir görülüb
Polis Bakıda bəzi iaşə obyektlərində yoxlama aparıb
DİN: "Memar Əcəmi" stansiyasının yaxınlığında sakinləri narahat edən hallar aradan qaldırılıb
İctimai iaşə obyektlərində növbəti monitorinqlər keçiriləcək
Havaya atılan tullantılarla bağlı ictimai-iaşə obyektlərində monitorinqlər aparılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər