Aeroport yolunda maşın maneəyə çırpılıb, xəsarət alanlar var - FOTO
sizinxeber.az xəbər saytı

Aeroport yolunda maşın maneəyə çırpılıb, xəsarət alanlar var - FOTO


Bakıda maşın maneəyə çırpılıb, 2 nəfər xəsarət alıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli APA-nın sorğusuna cavab olaraq bildirib ki, hadisə Xəzər rayonunda baş verib.

Belə ki, 36-BX-849 dövlət qeydiyyatl "Hyundai Sonata" markalı avtomobilin sürücüsü idarəetməni itirərək maneəyə çırpılıb.

Hadisə nəticəsində sürücü və sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır

DİN-in mətbuat xidməti də qəza ilə bağlı məlumat yayıb. APA-ya daxil olan məlumatda bildirilib ki, Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən mərkəz, sürücülərin hərəkət sürətini azaldıb hadisə yerinə baxması səbəbindən isə Mərdəkan şosesi istiqamətlərində nəqliyyat sıxlığı yaranıb. Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

Oxşar xəbərlər

Aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb
Bakıda ağır zəncirvari qəza baş verib, körpüdə hərəkət dayandırılıb - FOTO
Aeroport şosesində yol qəzası sıxlığa səbəb olub
Heydər Əliyev prospektində qəza olub, xəsarət alan var - FOTO - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər