Heydər Əliyev prospektində qəza olub, xəsarət alan var - FOTO - VİDEO
Heydər Əliyev prospektində qəza olub, xəsarət alan var - FOTO - VİDEO
Bakıda Heydər Əliyev prospektində qəza olub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Sizinxeber.az-ya verilən məlumata görə, Ələsgər Qayıbov küçəsi ilə hərəkətdə olan, Anar Nəcəfovun idarə etdiyi 77-UY-524 dövlət qeydiyyat nişanlı BYD markalı avtomobil idarəetməni itirərək 99-JN-288 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində BYD markalı avtomobilin sürücüsü Anar Nəcəfov xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
***
14.41
Bakıda Heydər Əliyev prospektində qəza olub.
Bu barədə Sizinxeber.az-ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzdən məlumat verilib.
Bildirilib ki, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın qısa zamanda aradan qaldırılması üçün tədbirlər görülür.
NİİM-dən bildirilib ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi andan qısa müddət ərzində hadisə yerinə gələn polis əməkdaşlarının gördüyü çevik tədbirlər nəticəsində digər sürücülərin təhlükəsizliyi təmin edilib, qəzada iştirak edən nəqliyyat vasitələrinin yoldan kənarlaşdırılması işləri görülərək, yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb.