ABŞ ordusu İrana aviazərbələr endirib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
iy
2026
04:30
0
0
2 065
ff aaaaaaa

ABŞ ordusu İrana aviazərbələr endirib

22 iy, 2026
04:30
2 065

ABŞ ordusu İrana aviazərbələr endirib

ABŞ ordusu İrandakı hərbi hədəflərə zərbələr endirib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

"Zərbələr İranın Hörmüz boğazında kommersiya gəmiçiliyinə təhdid imkanlarının daha da zəiflədilməsinə yönəldilib", - məlumatda bildirilib.

İran mediasında yayılan məlumata görə, ABŞ ordusu Buşehrə hava zərbələri endirib. Hazırda zərərin miqyasının qiymətləndirilməsi aparılır.

Bundan başqa, Tehranın şimal-şərq hissəsində hava hücumundan müdafiə (HHM) sistemləri işə salınıb.

Çabahar və Künarək qırıcı təyyarələrin hücumuna məruz qalıb, partlayışlar baş verib.

"Amerika ordusu Kirmanşah vilayətinin Kəngavər rayonuna hücum edib", - məlumatda bildirilib və əlavə edilib ki, Təbrizin qərb hissəsində də partlayış səsləri eşidilib.

Həmçinin Xuzistan vilayətinin Bəhbəhan şəhəri və Məhşəhr limanının ərazisində partlayışlar qeydə alınıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul