Sumqayıtda yataqxanada yanğın olub, 14 nəfər təxliyə edilib
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Sizinxeber.az-ya FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində dördmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsinin dəhlizində baş vermiş yanğın genişlənməsinə, o cümlədən otaqlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın 4-cü mərtəbəsinin dəhlizində 30 p.m. elektrik kabeli, 10 kv.m. sahədə dolab və əşyalar, 1 ədəd pəncərə çərçivəsi və 1 otağın qapısı qismən yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 14 nəfər bina sakini təxliyə edilib.
Yataqxana binası və otaqlar yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Sumqayıtda yataqxanada yanğın olub, sakinlər təxliyə edilib - YENİLƏNİB
Sumqayıtda yataqxana binasında yanğın baş verib
Goranboy rayonunda yanğın baş verib - VİDEO
Bakıda yaşayış binasındakı restoranda yanğın olub
Bakıda yaşayış binasındakı restoranda yanğın olub - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













