sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Sumqayıtda yataqxana binasında yanğın baş verib
Sumqayıt şəhəri, 15-ci məhəllədə yataqxana binasında yanğın baş verib.
APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində yerləşən otaqda baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər otaqlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 12 nəfər sakin təxliyə edilib.
Yanğın nəticəsində ümumi sahəsi 20kv.m. olan otaqda ev əşyaları 10 kv.m. sahədə yanıb. 1 nəfər tüstüdən zəhərlənib.
Oxşar xəbərlər
Bakıda yataqxanada yanğın olub, 5 nəfər təxliyə edilib - YENİLƏNİB-1
Xırdalanda yaşayış binasında yanğın baş verib, 23 nəfər təxliyə olunub - VİDEO
Sumqayıtda avtomobil yanıb - VİDEO
Lənkəranda bazarda yanğın baş verib - VİDEO
Qazaxda ev yanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













