Lənkəranda itkin düşən balıqçının meyitini İranda tapan şəxs danışdı: Meyit sabah Azərbaycana təhvil veriləcək - VİDEO
sizinxeber.az xəbər saytı

Lənkəranda itkin düşən balıqçının meyitini İranda tapan şəxs danışdı: Meyit sabah Azərbaycana təhvil veriləcək - VİDEO


Lənkəranda itkin düşdüyü hesab edilən balıqçı Lənkəran rayon Siyavar kənd sakini Mahmud İbayevin qardaşı meyiti ölkəyə gətirmək üçün artıq İran tərəfdədir.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Mahmud İbayevin meyitinin İranda balıqçılar tərəfindən aşkar olunması və sosial şəbəkələrdə paylaşılması barədə məlumat verilmişdi.

Mahmud İbayevin qardaşı Rəşad İbayev həmin şəkildən qardaşının cəsədini tanıyıb.

Aidiyyəti qurumların dəstəyi ilə Rəşad İbayev İran tərəfdədir və qardaşının meyitini tapan şəxs Səid Hadiani ilə görüşüb. Səid Hadiani bildirib ki, meyiti Bəndər-Ənzəli şəhərində, Kəpurçay sahilində tapıb: "Meyit suyun 25 metr dərinliyində idi. Başı aşağı suda qalmışdı. Üzü qaralmışdı, amma bədəni sağ-salamat idi. Qayığa qoyub çölə gətirdik və polisə məlumat verdik. Onu da deyim ki, bu ərazilər həmişə qayıqlarla nəzarət altındadır".

Qeyd edək ki, sabah meyitin Azərbaycan tərəfə verilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər

Lənkəranda itkin düşən, İranda meyiti tapılan balıqçının meyiti sabah Azərbaycana təhvil veriləcək - VİDEO
Azərbaycanda iki ay əvvəl itkin düşən balıqçının meyitinin İranda tapıldığı ehtimal edilir
Lənkəranda dənizdə itkin düşən balıqçıların axtarışları davam edir
Lənkəranda Xəzər dənizi sahilində itkin düşən balıqçılardan birinin meyiti aşkarlanıb - FOTO
Lənkəranda Xəzər dənizi sahilində itkin düşən balıqçılardan birinin meyiti aşkarlanıb - FOTO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle