sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Hacıqabulda ev yanıb - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Hacıqabul şəhəri, Ş.Abdullayev küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən APA-ya verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 220kv.m. olan üçotaqlı evin bir otağında 2 kv.m. sahədə geyim dolabı yanıb.
Ev yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Qazaxda ev yanıb
Qazaxda ev yanıb - VİDEO
Qazaxda 2 mərtəbəli evdə yanğın olub - VİDEO
Masallıda evdə yanğın baş verib - VİDEO
Hacıqabulda obyektdə yanğın olub - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












