Qazaxda ev yanıb - VİDEO
sizinxeber.az xəbər saytı

Qazaxda ev yanıb - VİDEO


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə APA-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 96kv.m. olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində üçotaqlı fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 50kv.m. sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Oxşar xəbərlər

Qazaxda ev yanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxda evdə yanğın olub - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Masallıda evdə yanğın baş verib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəmkirdə fərdi yaşayış evində yanğın olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kürdəmirdə 7 ton ot bağlaması yanıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər