Arayik Harutunyan Gəncənin bombalanması barədə məlumatı Ermənistan baş qərargah rəisindən aldığını bildirib
sizinxeber.az xəbər saytı

Arayik Harutunyan Gəncənin bombalanması barədə məlumatı Ermənistan baş qərargah rəisindən aldığını bildirib


Martın 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Harutunyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən Gənc şəhərində mülki infrastrukturun və dinc əhalinin raket atəşinə tutulmasından da danışıb.

APA xəbər verir ki, o, bu barədə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyandan məlumat aldığını bildirib: “Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyan idi. Baş qərargah deyib, mənim baş qərargah rəisi ilə söhbətim olub. Birinci mərhələdə mənə Gəncədə yerləşən hava limanın vurulması barədə məlumat verib. Daha sonra isə mənim onunla heç bir təmasım olmayıb”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Oxşar xəbərlər

Arayik Harutunyan Azərbaycanın dərinliklərinə zərbələr endirilməsi barədə qərarların Ermənistanda verildiyini etiraf edib
Saakyan: Qondarma rejimin “ordusu” Ermənistanın ən böyük silahlı birləşməsi idi
Azərbaycanın Baş Qərargah rəisi Brüsseldə görüşlər keçirib
Harutyunyan: Mənə dedilər ki, Azərbaycanın hava limanları bizim əsas hədəfimizdir
Davit Manukyan: Xankəndidəki mənzilimdə tapılan silahlar Ermənistan Polis İdarəsində qeydiyyatdadır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle