Bu ilin iki ayı ərzində 39 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
Bu ilin iki ayı ərzində dövriyyədən çıxarılan narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 39 milyon 45 min AZN kimi qiymətləndirilir.
Bu barədə "Report"a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Qeyd olunub ki, iki ay ərzində aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 461 kq 247, 933 qram narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 269 kq 316, 871 qramını marixuana, 102 kq 963,95 qramını heroin,32 kq 819,082 qramını tiryək, 13 kq 325,5 qramını həşiş, 4kq 158,247 qramını digər narkotik vasitələr və 38 kq 664,283 qramını psixotrop maddələr təşkil edib.
Oxşar xəbərlər
DGK: Ötən il narkotik dövriyyəsi ilə əlaqədar 96 fakt aşkar olunub
Bu ilin 9 ayı ərzində 130 milyon manatlıq narkotik vasitə dövriyyədən çıxarılıb
Сari ilin 11 ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8 min 549 cinayət faktı aşkarlanıb
Son yeddi ayda dövriyyədən çıxarılan narkotik vasitələrin həcmi və dəyəri açıqlanıb
Bu il 45 əcnəbi saxlanılıb, onlarda 110 kq-dan çox narkotik aşkar edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













