Sumqayıtda yanğın təhlükəsi ilə bağlı mərasim evinin fəaliyyəti dayandırılıb - VİDEO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
mar
2025
14:50

Sumqayıtda yanğın təhlükəsi ilə bağlı mərasim evinin fəaliyyəti dayandırılıb - VİDEO

05 mar, 2025
14:50
845

Sumqayıtda yanğın təhlükəsi ilə bağlı mərasim evinin fəaliyyəti dayandırılıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb.

APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, 10-cu mikrorayon, Koroğlu küçəsi, 1 ünvanında yerləşən “Arzu” mərasim evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Bildirilib ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb; elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb; obyektdə yanğın su hovuzu mövcud deyil; obyekt tikinti norma və qaydalarının tələblərinə uyğun ehtiyat təxliyə çıxışı ilə təmin olunmayıb; obyekt ilkin yanğınsöndürmə vasitələri, o cümlədən odsöndürən balonlarla təmin olunmayıb; təxliyə planı mövcud deyil; obyektin tavan hissələri yanar material olan lambirlə üzlənilib.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Arzu” mərasim evinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Bizimlə əlaqə saxlayın