Vətəndaşlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində qətimkan tədbiri seçilib
sizinxeber.az xəbər saytı

Vətəndaşlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində qətimkan tədbiri seçilib


Vətəndaşlardan rüşvət alan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) vəzifəli şəxsləri barəsində qətimkan tədbirləri seçilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Baş Prokurorluq və SHXÇDX birgə məlumat yayıb.

Qeyd olunub ki, Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Şükürov Ramin Aydın oğlu, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Əzimov Xalid Valik oğlu və zabiti Nəbiyev Emil Ramiz oğlunun qanunsuz əməlləri barədə həmin xidmətdən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Əməliyyat-istintaq tədbirləri ilə Ramin Şükürovun qeyd olunan vəzifədə işləyərkən bu ilin yanvar-fevral aylarında Xalid Əzimov və Emil Nəbiyev ilə qabaqcadan əlbir olub hərbi qeydiyyata alınma prosesinin sürətləndirilməsi məqsədilə ona müraciət etmiş vətəndaşa “hərbi bilet əvəzi arayış” verilməsi müqabilində sonuncudan qanunsuz olaraq 8 min manat məbləğində pul vəsaitini tələb etməklə həmin məbləğin 2 min manat hissəsini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Şükürov Ramin Aydın oğlu və Nəbiyev Emil Ramiz oğluna Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma), Əzimov Xalid Valik oğluna isə həmin Məcəllənin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan edilib.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə Ramin Şükürov barəsində ev dustaqlığı, Emil Nəbiyev və Xalid Əzimov barələrində isə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Oxşar xəbərlər

Naxçıvanda sabiq xidmət rəisi həbs edildi
Bu rayonda anti-korrupsiya ƏMƏLİYYATI - Vəzifəli şəxs HƏBS EDİLDİ
Səfərbərlik Xidmətinin İmişli bölməsinin rəisi rüşvət almaqda təqsirləndirilərək həbs edilib - RƏSMİ - YENİLƏNİB
Tovuzda Vəkil Bürosunun vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb
Azərbaycanda vəzifəli şəxs cinayət başında yaxalandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle