Bakıda BMW-dən 14 min avro oğurlanıb
Binəqədi rayonu ərazisindən oğurluq edən şəxslər saxlanılıb.
Sizinxeber.az DİN-ə istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində bir nəfərin mopedinin oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisində isə daha bir oğurluq hadisəsi BMW markalı avtomobildən olub. Nəqliyyat vasitəsindən 3800 manat, 14485 avro pul, 950 manat dəyərində qızıl-zinət əşyası və sənədlər oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Bağırov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla təqsirli bilinən şəxs bundan öncə də “Mitsubishi” markalı avtomobildən içərisində bank kartları, sənədlər olan pul kisəsini oğurlaması da məlum olub.
Oxşar xəbərlər
Bakıda “BMW”dən 600 manatlıq ətir və pul oğurlanıb, 2 yeniyetmə saxlanılıb
Binəqədi və Xəzər rayonlarında oğurluqda şübhəli bilinən 2 şəxs saxlanılıb
Bakıda evdən 9 min manat və qızıl oğurlanıb
Binəqədidə pul və qızıl-zinət əşyaları oğurlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
